EN

Astana: "Rəsmi mənbələrə etibar edin"

AzVision.az xəbər verir ki, Qazaxıstanın Xarici İşlər nazirliyi həqiqətləri əks etdirməyən bu cür məlumatların əslində dezinformasiya olduğunu diqqətə çatdırıb.

“Torpaqların verilməsi ilə bağlı yayılan məlumatlar saxtadır. Yalan məlumatların yayılmasına görə məsuliyyət var. Sizi yalnız rəsmi mənbələrə etibar etməyə çağırırıq”,- Qazaxıstan XİN vurğulayıb.

Ölkənin, Kənd Təsərrüfatı, öz növbəsində, Qazaxıstan Respublikasının Torpaq Məcəlləsinə əsasən, əcnəbi vətəndaşların və şirkətlərin kənd təsərrüfatı torpaqlarına sahiblik və ya icarəyə götürmək hüququ olmadığını açıqlayıb. Sərhəd zonasındakı torpaqlar həmçinin şəxsi əllərə verilə bilməz.

Buna görə də, əcnəbilərlə əvvəllər 2016-cı il iyulun 1-dək bağlanmış icarə müqavilələrinin müddəti bitdikdən sonra onların vaxtı uzadılmır.

Sahil İsgəndərov
AzVision.az
Chosen
5
azvision.az

1Sources