Bakı. Trend:
İranın Azərbaycanla müxtəlif sahələrdə təcrübə mübadiləsiaparmaq, bazar imkanlarından istifadə etmək və qarşılıqlı əlaqələriinkişaf etdirmək imkanı var.
Trend xəbərverir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian AzərbaycanPrezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
"Biz birlikdə regionda sülhü, sabitliyi və təhlükəsizliyigücləndirə bilərik. Biz birlikdə mövcud problemlərin həlliyollarını tapa bilirik. Əminəm ki, İslam dünyasının qüdrətlipotensialı, qardaşlıq və bacılıq əlaqələrini gücləndirməklə,bir-birimizin ərazi bütövlüyünə hörmət etməklə, mənəvidəyərlərimizə və adət-ənənələrimizə hörmətlə yanaşmaqla, biz əldəedilmiş fikirlər və vahid baxış əsasən bütün sahələrdə möhkəməməkdaşlıq qura biləcəyik" - o bildirib.