EN

FIDE prezidenti: "Şahmat Azərbaycanda inkişaf edib"

Şahmat Azərbaycanda inkişaf edib.

"Report"un məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində deyib.

FIDE rəhbəri tədbirdə iştirak edənləri salamlayıb:

"Bakıya ilk səfərim deyil. Qonaqpərvərliyə görə minnətdaram. Burada olduğum üçün qürur duyuram".

Xatırladaq ki, festivalın mükafat fondu 55 min ABŞ dollarına bərabərdir. Yarışda 16 ölkədən 700-dən çox şahmatçı iştirak edir. Turnir çərçivəsində həm də veteran şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir.

Festival həmçinin “Chess Tour Azerbaijan” layihəsinin tərkibinə daxildir.

Chosen
3
report.az

1Sources