EN

“Azəriqaz”da ştat QALMAQALI… Aktlar çayxanada yazılır

“Azəriqaz” İctimai Birliyinin yeni strukturunun ştat vahidləri düzgün tərtib olunmayıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib. Ekspert rəyinə əsaslanan hüquq müdafiəçisi bildirib ki, “Azəriqaz” İB-in yeni strukturunda rayon qaz istismar xidmətlərində ştat sayının azaldılması və regional qaz istismarı idarələrində ştatların artırılması qeyri-peşəkar addım hesab olunur:
“Regional qaz istismarı idarələrində lazımsız şöbələrin yaradılması, rayon qaz istismarı idarələrində isə mühəndis-texniki işçilərin azaldılması “Azəriqaz” üçün gələcəkdə ciddi problemlərə yol açacaq. Son bir ildə “Azəriqaz”da rəhbər heyətin dəyişdirilməsi, qaz təsərrüfatı sahəsindən anlayışı olmayan şəxslərin yüksək vəzifələrə gətirilməsi, rayon qaz istismarı idarələrinin iş prinsipi ilə tanış olmadan bu cür addımların atılması həmin şəxslərin sahədən uzaq olduqlarını bir daha sübut edir”.
Chosen
3
2
yenilik.az

3Sources