EN

Türkiyədə 4 milyon 33 min qaçqın var



"Bu gün Türkiyədə 4 milyon 33 min qaçqın var".

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyə lideri deyib ki, həmin insanlar dünyanın müxtəlif bölgələrindəki münaqişə zonalarından canlarını götürüb ölkəsinə pənah gətirənlərdir:

"Livandan tutmuş Suriyaya, Qəzzadan tutmuş Sudana qədər bütün ölkələrdən qaçqın düşən insanlar Türkiyəni özlərinə sığınacaq seçiblər".

Ərdoğan deyib ki, Suriyada BƏƏS rejiminin sona çatmasından sonra bu ölkədə sabitliyin bərpa olunması istiqamətində atılan addımlar suriyalı qaçqınların da artıq öz ölkələrinə qayıtmasına yol açır. Türkiyə Prezidenti deyib ki, ötən müddət ərzində 200 mindən artıq suriyalı öz ölkəsinə qayıdıb.

Süleyman
Chosen
4
newscenter.az

1Sources