EN

Aktyor Möylə Mirzəliyev vəfat edib

Bir müddət öncə əməliyyatdan sonra iflic olub komaya düşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev vəfat edib.

Bu barədəaktyorun ailəsindən məlumat verilib.

Aktyor müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, Möylə Mirzəliyev 24 oktyabr 1959-cu ildə Qərbi Azərbaycanın Ləmbəli kəndində anadan olub. 1980-cı ildə M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsinə qəbul olunub. 1985-ci M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına təyinat alıb və 1992-ci ilə kimi orada xor artisti vəzifəsində çalışıb. 1992-ci ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru olaraq yaradıcılığını davam etdirib.

Chosen
3
7
aznews.az

10Sources