"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev “Rubin” klubunun qonağı olub.
Publika.az xəbər verir ki, o, Rusiya Premyer Liqasının 26-cı turunda keçirilən “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib. Kurban Berdıyev rəmzi olaraq oyunda topa ilk toxunuşu edib.
Ona “Rubin”in prezidenti Marat Safiullin tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Heybət