EN

“PAŞA Həyat”da sədrin 1-ci müavini vəzifəsindən ayrılıb

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb.

Məlumata görə, İbrahim Hüseynqulu oğlu İbrahimov sığorta şirkətinin İH sədrinin I müavini vəzifəsindən ayrılıb. O, bu vəzifədə 2017-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, sözügedən vəzifəyə hələlik hər hansı təyinat olmayıb.

Məlumat üçün bildirək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə “PAŞA Holdinq” MMC-yə məxsusdur.

©apa

Chosen
0
6
valyuta.az

7Sources