EN

Yevlaxda ağır qəza: Şəki sakininin qolu amputasiya olundu

​YEVLAX, 28 aprel. TELEQRAF

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İdarəetməni itirən "Honda" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə Şəki sakinləri — Məlakət Süleymanova və 1993-cü il təvəllüdlü Yusif Süleymanlı ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili xəstəxanaya çatdırılıblar.

Xəstəxanada aparılan tibbi müdaxilələrə baxmayaraq, Yusif Süleymanlının qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
2
teleqraf.com

1Sources