EN

Rubio Lavrova zəng etdi: Nələr müzakirə olundu?

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı zamanı Ukrayna böhranı müzakirə olunub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

"Aprelin 27-də Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ dövlət katibi Rubio arasında telefon danışığı olub. Son zamanlar xeyli intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəlib", - məlumatda deyilir.

Qeyd olunur ki, aprelin 25-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff arasında baş tutan söhbətdən sonra “nazir və dövlət katibi uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar”.

Chosen
4
2
publika.az

4Sources