EN

"Neftçi" finala aparan ilk matçda qalibiyyət qazandı

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la qarşılaşıb.

Matç "Neftçi"nin 97:93 hesablı qələbəsi ilə yekunlaşıb. Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq.

Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

Yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.

Chosen
2
49
sportinfo.az

10Sources