EN

Kurban Berdıyev "Rubin"də belə şərəfləndirildi - FOTOLAR

BAKI, 28 aprel. TELEQRAF

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.

Tovuz təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Berdıyev Rusiya Premyer Liqasında XXVI turun “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.

O, rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.

Sabiq baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin xatirə hədiyyəsi təqdim edib.

Chosen
7
10
teleqraf.com

10Sources