BAKI, 28 aprel. TELEQRAF
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Rusiyanın “Rubin” klubunun qonağı olub.
Tovuz təmsilçisinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Berdıyev Rusiya Premyer Liqasında XXVI turun “Rubin” - “Fakel” oyununda “Ak Bars Arena”da adına verilən sektorun açılışında iştirak edib.
O, rəmzi olaraq oyunda topa ilk toxunuşu yerinə yetirib.
Sabiq baş məşqçiyə “Rubin”in prezidenti Marat Safiullin xatirə hədiyyəsi təqdim edib.