EN

Gəncədə baş verən davanın YENİ DETALLLARI – Daha iki nəfər... 

Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanması ilə nəticələnən davada daha 2 nəfərin də bıçaq xəsarəti alması məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hələlik dəqiq baş vermə səbəbləri məlum olmayan insident zamanı 1996-cı təvəllüdlü Babək Hahcağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə bıçaq xəsarətləri alıblar.

Zərərçəkənlər Gəncədə xəstəxanalardan birinə yerləşdiriliblər. Onlar dərhəl əməliyyata götürülüblər, müalicələri davam etdirilir.


Döş qəfəsindən xəsarət alan Zamin Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələlik dəqiq bilinmir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən rəsmi açıqlamaya görə, hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.

Chosen
6
1
referans.az

10Sources