Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhərində məskunlaşan Kəlbəcər rayon Yellicə kənd sakini 2002-ci il təvəllüdlü Zamin Məmmədov döş qəfəsindən bıçaqlanıb. İnsident zamanı 1996-cı təvəllüdlü Babək Hahcıağazadə və 1998-ci il təvəllüdlü Ələddin Əlizadə bıçaq xəsarətləri alıblar.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanıb.