EN

Bolton: Tramp-Zelenski danışıqları dialoqa doğru ağlabatan addım idi...

ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton prezident Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında Romada görüşünü alqışlayıb və bunu liderlər arasında münasibətlərin bərpası istiqamətində “əhəmiyyətli addım” adlandırıb...

Poliqon xəbər verir ki, bu barədə Con Boıton CNN telekanalına danışıb.

“Düşünürəm ki, görüş əlamətdar oldu vəiki lider arasında son gərginlikdən sonra ağlabatan əhəmiyyətli bir addımdır”, deyə Bolton Tramp və Zelenskinin Vatikandakı görüşünü şərh edib.

Eyni zamanda, sabiq müşavir qeyd edib ki, bu, mütləq böyük irəliləyiş demək deyil, lakin fevralın 28-də Oval kabinetdə Tramp və Zelenski arasında mübahisə nəzərə alınarsa, bu görüş baş verənlərin “naxışını pozub”.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Romada ABŞ lideri Donald Trampla görüşüb. Onlar Ukraynada tam atəşkəslə bağlı məsələləri müzakirə ediblər. Hər iki lider görüşü yaxşı və məhsuldar adlandırıblar. Söhbətdən sonra Tramp Putini münaqişəni uzatmaqda ittiham edib.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources