EN

ABŞ Yəmənin Səada şəhərinə aviazərbələr endirib

Partlayış xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb.

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində eyniadlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb. İlkin məlumata görə, ölən və yaralananların sayı onlarladır. Binanı alov bürüyüb. Hadisə yerində mülki müdafiə bölmələri işləyir, yanğını söndürməyə və içəridəki insanları xilas etməyə çalışır.

1Sources