EN

Tramp Zelenski ilə görüşü müsbət qiymətləndirib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Vatikanda Ukrayna prezidentiVladimir Zelenski ilə görüşünü yüksək qiymətləndirib.

Trend-inməlumatına görə, bu barədə ABŞ prezidenti Nyu Cersi ştatınınMorristaun hava limanında jurnalistlərə bildirib.

"Düşünürəm ki, görüş yaxşı keçdi”, - deyə Tramp Ukraynaprezidenti ilə görüşlə bağlı suala cavab verib.

O əlavə edib ki, Zelenskinin “ölkəsi üçün yaxşı bir şey etmək”səylərindən məmnundur və bunun nə ilə nəticələnə biləcəyiniizləyəcək.

""Zelenski daha sakit olub", - deyə ABŞ prezidenti bildirib.

Chosen
15
az.trend.az

1Sources