EN

“Napoli” çempionluq yarışında “İnter”i qabaqladı

BAKI, 28 aprel. TELEQRAF

İtaliya çempionatında 34-cü turunda “Napoli” öz meydanında “Torino”nu 2:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, qarşılaşma Neapolun Dieqo Armando Maradona adına stadionunda baş tutub.

Meydan sahiblərinin hər iki qolunu sabiq “Mançester Yunayted”li yarımmüdafiəçi Skott Maktominey vurub.

“Napoli” xalların sayını 74-ə çatdıraraq, A Seriyasında 1-ci pilləyə yüksəlib. Neapol klubu mövsümün bitməsinə 4 tur qalmış çempionluq yolundakı əsas rəqibi “İnter”i 3 xal qabaqlayıb. “Torino” 43 xalla 10-cu pillədə qalıb.

Yada salaq ki, “İnter” 34-cü turda gözlənilmədən öz meydanında “Roma”ya uduzub (0:1).

Chosen
9
teleqraf.com

1Sources