Bu gün "Qarabağ" futbol klubu üçün tarixi gün olub.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi məhz bu gün 12-ci dəfə Azərbaycan çempionu titulunu qazanıb.
Bu, Qurban Qurbanov üçün 11-ci çempionluq olub. "Qarabağ" artıq 4-cü ildir qızıl medlları heç bir rəqibinə vermir.
Maraqlıdır ki, "Sabah" və "Qarabağ" mayın 31-də ölkə kubokunun finalında da üz-üzə gələcəklər.
27 aprel
“Sabah” – “Qarabağ” 1:1
Boyan Letiç, 73 - Redon Cica, 42 (pen.)
Bank Respublika Arena. Saat 20:00
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva