EN

Lavrovdan Putin-Tramp görüşü ilə bağlı AÇIQLAMA

"Rusiya Federasiyası və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trump iş qrafiklərini özləri müəyyənləşdirirlər".

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Amerikanın "CBS News" telekanalına müsahibəsində bildirib.

"Prezidentlər öz talelərinin və öz iş qrafiklərinin sahibidirlər", - o qeyd edib.

Nazir Amerika liderinin mayın ortalarına hansısa səfər planlaşdırdığını və Ağ Evin sahibinin bundan sonra tarixlər təklif edəcəyi barədə açıqlamasına diqqət çəkib.

"Mənim əlavə edəcəyim heç nə yoxdur", - deyə diplomat vurğulayıb.

Chosen
13
publika.az

1Sources