İspaniya Kubokunun finalında “Real” üzərində qələbə (3:2, əsas vaxt 2:2) “Barselona”nın baş məşqçisi Hans-Diter Flik üçün əlamətar olub.
Arena.az məlumat verir ki, alman mütəxəssis “Barselona”dakı debüt mövsümündə əzəli rəqibi “Real”a qarşı ilk üç “el klasiko”da qələbə qazanmaqla yadda qalıb.
Buna qədər Flik İspaniya La Liqasında (4:0) və İspaniya Super Kubokunun finalında (5:2) “Real”ı “söküb-tökmüşdü”.
Beləliklə, alman mütəxəssis “blauqrana”nın keçmiş baş məşqçisi, hazırda “Mançester Siti”ni çalışdıran ispan mütəxəssis Xosep Qvardiolanın nəticəsini təkrarlaıb.
Əlavə edək ki, “Pep” Qvardiola “Barselona”nın sükanı arxasında “Real”a qarşı ilk beş “el klasiko”da beş qələbəni sıralamaqla mütləq rekord müəyyənləşdirib.