EN

Tramp komandası qarşıdakı 100 gün üçün planlar hazırlayır

Bakı. Trend:

Gələn həftə ikinci prezidentlik müddətinin ilk 100 gününü qeydedəcək ABŞ Prezidenti Donald Trampın komandası artıq növbəti 100gün üçün fəaliyyət planı hazırlayıb.

Trend xəbər verirki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ağ Ev rəsmiləri bildiriblər ki, Tramp administrasiyası qarşıdakıdövrdə əsas diqqəti ticarət sazişlərinə və sülh danışıqlarınayönəldəcək. Bir rəsminin sözlərinə görə, Trampın "anbardatorpedalar"ı var, lakin onların nə olduğu barədə əlavə məlumatverilməyib.

Prezident Tramp növbəti həftə prezidentliyinin 100 günümünasibətilə Miçiqan ştatında mitinq keçirməyi planlaşdırır. Ağ Evbu tədbirdə Trampın iqtisadi strategiyasını, qeyri-qanunimiqrantların deportasiyası istiqamətində atılan addımları, xaricisiyasətdəki dəyişiklikləri və İlon Maskın rəhbərlik etdiyiHökumətin Effektivliyi Departamentinin fəaliyyətini ön planaçıxarmağı nəzərdə tutur.

Anonimlik şərti ilə danışan bir məmur, bu addımları Trampınikinci prezidentlik müddəti üçün nəzərdə tutulmuş daha geniş"mühafizəkar fantaziya" strategiyasının tərkib hissəsi kimixarakterizə edib.

Tramp administrasiyası qarşıdakı 100 gün ərzində bir neçəölkədən ABŞ-yə səyahətə məhdudiyyətlərin gücləndirilməsini dəplanlaşdırır. Digər bir rəsminin sözlərinə görə, administrasiya 90gün ərzində yeni ticarət sazişlərinə nail olmağa ümid edir.

Chosen
8
1
az.trend.az

2Sources