EN

FHN Gündəlik xronika 27 aprel 2025-ci il saat 09:00-dək

FHN

27 aprel 2025-ci il saat 09:00-dək:Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Füzuli şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 4 nəfərə müvafiq köməklik göstərilib.27 aprel 2025-ci il saat 04:15-dək:İmişli şəhərində ümumi sahəsi 84 m² (hər mərtəbəsi 42 m²) olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları 21 m² sahədə, taxtadan ibarət eyvanı 24 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.27 aprel 2025-ci il saat 04:10-dək:Balakən rayonunun Kortala kəndində ümumi sahəsi 77 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.27 aprel 2025-ci il saat 02:15-dək:Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Diqqət Çəkənlər

Naxçıvanda hərbi sursatlar aşkar edilib, zərərsizləşdirilib: FOTO- VİDEO

Azərbaycan Mərakeşdəki Mədəniyyət Günündə Zəngin İrsini Tanıtdı - FOTO- VİDEO

Sumqayıtda dəniz kənarında qanunsuz tikili söküldü FOTO - VİDEO

Chosen
7
ulusum.az

1Sources