“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya Kral Kubokunun finalında “Real” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az məlumat verir ki, əsas vaxtı 2:2 hesabı ilə başa çatmış oyunun əlavə vaxtında “Barselona” əzəli rəqibinə daha bir qol vuraraq, 3:2 hesablı qalibiyyətini bayram edib.
Flik matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Mən bizim komandamıza görə nəhəng sevinc hissi keçirirəm. Bizim futbolçularımızın meydanda özlərini necə layiqli və fədakar apardıqlarına görə qürur duyuram. Onların döyüşkən köklənməsi və oyunun gedişatını dəyişmək qabiliyyəti həqiqətən təəssürat yaratdı. Bu kollektivdə mən əsl çempionları görürəm.
“Real”a qarşı “el klasiko” kimi belə nəhəng derbidə qələbə – xüsusi məqamdır, uğurun təcəssümüdr. Mənə, oyunçularımızın və komandamızı dəstəkləməyə gəlmiş, bu qəniməti ona layiq olmaqla bölüşən 26 min sədaqətli azarkeşimizin sevincini görmək xoşdur”, – AS dərgisi alman mütəxəssisdən sitat gətirir.
Xatırladaq ki, “Barselona” tarixi ərzində 32-ci dəfə İspaniya Kral Kubokunu “blauqrana”nın qənimətlər muzeyinə aparıb. “Real”ın isə 20 müvafiq qəniməti var.