Meqastar Tarkan anası vəfat etdikdən sonra ilk dəfə konsert verib.
Publika.az Türkiyə istinadən xəbər verir ki, Avropa turnesinə davam edən sənətçi Almaniyanın Ştutqart şəhərində səhnəyə çıxıb.
Tarkan "Uzun ince bir yoldayım" mahnısını oxuyarkən səhnənin arxasında anasının şəkli proyeksiya edilib. Bundan sonra müğənni göz yaşlarına hakim ola bilməyib və hönkür-hönkür ağlayıb.
Xatırladaq ki, pop ulduzun 68 yaşlı anası Neşe Tevetoğlu aprelin 16-da vəfat edib.