İspaniyanın "Atletiko" klubu "Tottenhem"in müdafiəçisi Kristian Romeronu transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu da bu keçidə müsbət yanaşır. O, artıq Madrid klubuna "hə" deyib.

Bu barədə "Relevo" portalı məlumat yayıb.

Romero 2022-ci ilin yayından "Tottenhem"də çıxış edir. O, cari mövsümdə 23 oyunda 1 qol vurub və 1 assist edib.

"Transfermarkt" saytına görə onun bazar dəyəri 55 milyon avrodur.