Aprelin 27-də Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsində “Los Anceles Klippers” öz meydanında “Denver Naqqets”i qəbul edib.
Publika.az xəbər verir ki, oyun 101:99 (2-2) hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.
“Denver”in hücumçusu Aaron Qordon, hesab 99:99 olarkən final sirenası çalınan anda topu havada tutaraq səbətə göndərib və komandasının qələbəsini rəsmiləşdirib.
“Polymarket Hoops” sosial media statistik hesabında qeyd edir ki, NBA pley-off tarixində ilk dəfədir ki, final sirenası çalınan anda qələbə atışı edilib.