Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" üçün işlər yaxşı getmir.
Offsideplus.az xəbər verir ki, "şirlər" Çempionşipin 45-ci turunda evində "Derbi"yə minimal hesabla məğlub olub - 0:1.
"Hall Siti" son tura 48 xalla 22-ci yerdə gedir. Onlar son turda məğlub olarsa, aşağı liqaya yuvarlanacaq.
A. Ilıcalı 2022-ci ildən bəri klubun sahibidir.
"Şirlər" son dəfə Premyer Liqada 2016/17 mövsümündə çıxış edib.