EN

“Real”ın futbolçusu 12 oyunluq cəza ala bilər

style='margin-bottom:10px;'>

"Real"ın futbolçusu Antonio Rüdiger bir neçə oyunluq cəzalandırıla bilər.

QOL.az xəbər verir ki, buna səbəb onun İspaniya kubokunun "Barselona" ilə ötən gecə keçirilən final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atmasıdır.

Matçın 111-ci dəqiqəsində əvəzlənən almaniyalı müdafiəçi epizodların birində görüşün baş hakiminə kəskin etiraz edib. Hakimin üzərinə hücum etmək istəyən futbolçunu komanda yoldaşları sakitləşdirib.

Rüdiger həmçinin, ehtiyat oyunçular skamyasından hakimə buz torbası da atıb. Baş hakim isə onu qırmısı vərəqə ilə cəzalandırıb. "Cadena Ser"in yaydığı məlumata görə Rüdiger bu hərəkərlərinə görə, 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər. 

Chosen
16
5
teleqraf.com

7Sources