BAKI, 27 aprel. TELEQRAF
Aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Böyük Qafqaz ərazisindən axan Katexçay-Qəbizdərədə 11 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçay-Əsrikcırdaxanda 13 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlıda 4 sm, Zabuxçay-Bozluda 3 sm, Araz çayının yuxarı axımında isə suyun səviyyəsində 17 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 25 sm artıb, su sərfi 760 m3/san olmaqla normanın 107%-ni təşkil edir.