İspaniya Kral Kubokunun finalında "Real Madrid" və "Barselona" komandaları üz-üzə gəliblər.
Bu gün İspaniya Kral Kubokunun final görüşü keçirilib.
Operativ Media xəbər verir ki, həlledici oyunda əzəli rəqiblər "Barselona" ilə "Real" üz-üzə gəlib. Sevilya şəhərində keçirilən gərgin matçın 90 dəqiqəsində qalib müəyyənləşməyib - 2:2. Əlavə vaxtın 116-cı dəqiqəsində önə keçən "Barselona" qələbə qazanaraq kubokun sahibi olub.
İspaniya Kral kuboku
Final
00:00 "Barselona" - "Real" 2:2 (Əlavə vaxt 3:2)
Qollar: Pedri,28, F.Torres,84, J.Kunde,116- K.Mbappe,70, A.Tçuameni,77