EN

Əsgərliyə çağırış yaşı DƏYİŞDİRİLDİ: 18-dən yuxarı OLACAQ

Rusiyada hərbi xidmətə çağırış yaşı 18-27 yaşdan 18-30 yaşa qədər yüksəldilməsi qərara alınıb.

News24.az Rusiya mediasına istinadən xəbər verir ki, bu qərar Dövlət Duması tərəfindən qəbul olunub, Federasiya Şurası tərəfindən təsdiqlənib və Prezident Vladimir Putin tərəfindən imzalanıb.

Əvvəlcə minimum çağırış yaşının 21-ə qaldırılması təklif olunsa da, bu dəyişiklik rədd edilib və 18 yaş olaraq saxlanılıb.
Dəyişikliyin əsas məqsədi Rusiya ordusunun ehtiyatlarını artırmaq və Ukrayna ilə davam edən münaqişə fonunda hərbi qüvvələri gücləndirməkdir.

Yeni qanuna əsasən:

  • Çağırışçılar bir illik hərbi xidmətə cəlb olunacaqlar.
  • Xüsusi hallarda çağırışçılar könüllü olaraq bir illik müqavilə ilə xidmət edə bilərlər (məsələn, fövqəladə vəziyyətlərdə və ya Rusiya Silahlı Qüvvələrinin xaricdə yerləşdirilməsi zamanı).
Chosen
9
news24.az

1Sources