Kürdəmirdə 18 yaşlı gənci elektrik cərəyanı vurub.
Avtosfer.az xəbər verir ki, hadisə rayon ərazisindən keçən dəmir yolunda qeydə alınıb.
2007-ci il təvəllüdlü Həsənov Cavid Fəzail oğlu qatarın altından keçmək istəyərkən onu cərəyan vurub. Ətrafdakı insanlar onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlər ona ilkin tibbi yardım göstəriblər.
Fakt araşdırılır. (“Bizim.Media”)