EN

Mbappe “El Klasiko”nu buraxacaq

“Real”ın hücumçusu Kilian Mbappe “Barselona”ya qarşı bu gün keçiriləcək İspaniya Kubokunun finalında iştirak edə bilməyəcək.

Msport.az “Marca”ya istinadən xəbər verir ki, fransalı futbolçunun hələ də fiziki cəhətdən hazır olmadığı təsdiqlənib.

Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının 1/4 finalında “Arsenal”la cavab oyununda (1:2) topuğundan zədə alıb. O, İspaniya çempionatının XXXII turunda “Atletik”lə matçda da (1:0) iştirak etməyib.

Qeyd edək ki, “El Klasiko” Bakı vaxtı ilə 00:00-da Sevilyadakı Olimpiya stadionunda baş tutacaq.

Chosen
15
32
msport.az

10Sources