EN

Xəstəxanaya yerləşdirilən Əli Mirəliyevin son durumu AÇIQLANDI

Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin son durumu açıqlanıb. Moderator.az xəbər verir ki, bu barədə sənətçinin qızı Samirə Mirəliyeva Oxu.az-a açıqlama verib. O bildirib ki, atasının vəziyyəti qənaətbəxşdir: "İndicə reanimasiyadan çıxarıb palataya köçürdülər". Qeyd edək ki, sənətçinin xanımı Anaxanım Mirəliyeva açıqlamasında ərinin xəstəxanaya yerləşdirildiyini bildirmişdi: "Əli müəllim xəstəxanadadır. İtin zənciri ayağına dolaşıb, yıxılıb zədə alıb. Əməliyyat olunub, reanimasiyadadır. Sabah palataya çıxaracaqlar". 

Chosen
8
5
turanpress.com

7Sources