EN

“Hatayspor” Super Liqa ilə vidalaşaq - Rəsmiləşdi

Türkiyənin “Hatayspor” və “Adana Dəmirspor” klubları cari mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcəklər.

Arena.az xəbər verir ki, Hatay təmsilçisi 33-cü turda “Beşiktaş”la qarşılaşıb və 1:5 hesabı ilə uduzub.

Hazırda bu komanda turnir cədvəlində 19 xalla 18-cidir. Bununla da sona 5 tur qalmış “Hatayspor”un Super Liqa ilə vidalaşacağı dəqiqləşib.

Daha əvvəl 20-ci pillədəki “Adana Dəmirspor”un da Türkiyə çempionatını tərk edəcəyi məlum olmuşdu. Sözügedən komanda -2 xalla sonuncu – 19-cu pillədə qərarlaşıb.

Elitanı tərk edəcək digər iki komandanın adına sonrakı turlarda aydınlıq gələcək. Hazırda “Bodrumspor” 34 xalla 16-cı, “Sivasspor” isə 31 xalla 17-cidir.

Chosen
22
2
arena.az

3Sources