Məlum olduğu kimi, “Qəbələ” Birinci Liqada MOİK üzərində qazandığı 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.
Arena.az xəbər verir ki, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb.
Birinci Liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.
Bu, “qırmızı-qaralar”ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/2006 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən “Gilan” sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.
“Qəbələ” müxtəlif illərdə Birinci Dəstə və Birinci Divizion adlanan Birinci Liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda – “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da Birinci Liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.
Düzdür, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/1998, 1998/1999, 2002/2003 mövsümlərində isə yarış keçirilməyib.
Birinci Liqanın qalibləri
- ANS Pivani (Bakı)
- Xəzri (Buzovna)
1993/1994. Azneftyağ (Bakı) və Zabrat
1994/1995. Şəmkir
1995/1996. Xəzər (Sumqayıt)
1996/1997. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/2001. MOİK (Bakı)
2001/2002. Lokomotiv (İmişli)
2003/2004. Gənclərbirliyi (Sumqayıt)
2004/2005. Şüvəlan (Bakı)
2005/2006. Qəbələ
2006/2007. Masallı
2007/2008. Bakılı
2008/2009. ABN (Bərdə)
2009/2010. Kəpəz (Gəncə)
2010/2011. Abşeron (Bakı)
2011/2012. Qaradağ Lökbatan (Bakı)
2012/2013. Ağsu
2013/2014. Araz Naxçıvan
2014/2015. Neftçala
2015/2016. Neftçala
2016/2017. Turan Tovuz
2017/2018. Xəzər (Bakı)
2018/2019. MOİK (Bakı)
2019/2020. Turan Tovuz
2020/2021. Neftçi-2 (Bakı)
2021/2022. Qaradağ Lökbatan (Bakı)
2022/2023. Araz Naxçıvan
2023/2024. Şamaxı
2024/2025. Qəbələ
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.