EN

Kobe Brayantin forması 7 milyon dollara satıldı


“Los Angeles Lakers”in əfsanəvi basketbolçusu Kobe Bryantın forması Nyu-Yorkda (ABŞ) “Sotheby's” hərracında 7 milyon dollara satılıb.
Yeniavaz.com
“Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, o bu formanı müntəzəm mövsüm debütündə geyinib.
Satışın Bryant kolleksiyası üçün rekord olduğu deyilir. Belə ki, bundan əvvəl onun “Ən Dəyərli Oyunçu” seçildiyi 2007-08 mövsümündə imzaladığı forması 5,85 milyon dollara satılıb.
Kobe 5 qat NBA çempionu və 18 dəfə “All-Star” olub. O, həmçinin ABŞ komandasının tərkibində ikiqat Olimpiya çempionluğunu qazanıb.
Chosen
22
1
yeniavaz.com

2Sources