EN

“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“

"İlk növbədə sağlamlığımın qeydinə qalmalıyam. Bunun üçün tələb olunan müayinələrdən keçməliyəm".

XəzərNews.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında "Xural" internet televiziyasının rəhbəri Əvəz Zeynallı deyib.

O bildirib ki, müayinələrin nəticələrindən sonra həkimlər nə tövsiyə etsə, ona uyğun müalicə metodu seçiləcək:

"Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram".

Xatırladaq ki, aprelin 25-də "Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallı səhhəti ilə bağlı cəzadan azad edilib. Əvəz Zeynallının bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxduğu bildirilib.

Xəbər 3 dəfə oxunub.
Chosen
35
xezernews.az

1Sources