EN

Donald Tramp Zelenski ilə görüşəcək

BAKI, 26 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla birlikdə Roma Papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.

Məlumata görə, Tramp səfəri çərçivəsində İtaliya Baş naziri Corciya Meloni, Böyük Britaniyanın hökumət başçısı Kir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

Zelenskinin mərasimdə iştirak edib-etməyəcəyi əvvəldən dəqiq bilinmirdi. Amma onun adı Müqəddəs Taxt-Tacın mətbuat xidməti tərəfindən jurnalistlərə təqdim olunmuş yenilənmiş xarici nümayəndə heyətləri siyahısında yer alıb.

Chosen
43
11
teleqraf.com

10Sources