EN

Ağdaşda ağır QƏZA – Ölən var

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bizim. Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Opel və VAZ markalı minik avtomobilləri toqquşub.

Nəticədə VAZ-ın sürücüsü 26 yaşlı Afiq Səmədov dünyasını dəyişib. 39 yaşlı Maqsud Mustafayev isə ağır bədən xəsarətləri alıb. Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

Bizim Media, Aran bürosu

Chosen
10
3
bizim.media

10Sources