EN

Əli Mirəliyevin xanımından Elnarəyə: “Gedib versin məhkəməyə, əl çəksin”

Bir neçə gün əvvəl müğənni Əli Mirəliyev əməkdar artist Elnarə Abdullayevanın muğam oxumasını tənqid etmişdi. Elnarə Abdullayeva da cavabında onu məhkəmə ilə hədələmişdi. Sənətkarın həyat yoldaşı Anaxanım Mirəliyeva Elnarə Abdullayevanın Əli Mirəliyevi məhkəmə ilə hədələməsinə münasibət bildirib:
 
“Kim nə istəyir etsin, əl çəksinlər Əli müəllimdən. O bu dəqiqə o vəziyyətdə deyil. Elnarə Abdullayeva niyə onu məhkəməyə versin ki? Neyləmişik ona? Elnarə çox qəşəng oxuyur, biz də onu həddindən artıq çox sevirik. Əli müəllim də onu çox sevir, böyük hörmət bəsləyir. Elnarə oxuyanda həmişə onun gözündən yaş tökülür. Nə deyib ki, ona? Deyib ki, bu səmtə oxusa daha yaxşı olar da. Bu da onun öz fikridir. Verirsə məhkəməyə özü bilər. Ola bilsin ki, Əli müəllimin fikirləri televiziyadan düzgün anlaşılmayıb. Bu qalmaqalları edən efirlərdir. Bu efirlərin günahıdır. Mən Elnarə ilə zəng edib danışaram” deyə o bildirib.
Chosen
11
moderator.az

1Sources