Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında “Neftçi” İK "Baku Fire" kollektivini 5:4 hesabı ilə üstələyib.
Ardınca "Şuşa" "Yasamal Bakı" komandasına 6:3 hesabı ilə qalib gəlib.
Günün son görüşündə isə "Araz-Naxçıvan" U-19 kollektivini 15:1 hesabı ilə məğlub edərək turnir cədvəlində liderliyə yüksəlib.
Möv. | Komanda | O | Q | D | M | VQ | BQ | QF | Xallar |
1 | Araz-Naxçıvan | 15 | 12 | 1 | 2 | 141 | 25 | 116 | 37 |
2 | Baku Fire | 15 | 11 | 2 | 2 | 109 | 33 | 76 | 35 |
3 | Neftçi İK | 15 | 11 | 1 | 3 | 109 | 40 | 69 | 34 |
4 | Şuşa | 15 | 6 | 0 | 9 | 42 | 79 | -37 | 18 |
5 | U-19 | 15 | 3 | 0 | 12 | 38 | 118 | -80 | 9 |
6 | Yasamal Bakı | 15 | 0 | 0 | 15 | 28 | 172 | -144 | 0 |