EN

NATO sammiti Trampın Ukrayna sülh planı ucbatından pozula bilər

Avropa İttifaqı ABŞ-ni Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina etdiyi barədə məlumatlandırıb...

Poliqon xbər verir ki, bu barədə “Financial Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək təşəbbüsləri Avropa İttifaqının birliyinə xələl gətirə və NATO-nun iyunun sonunda keçiriləcək sammitini poza bilər. Məsələ Ukraynanın Krımı Rusiya Federasiyasının bir hissəsi kimi tanıması və ABŞ-nin Aİ-nin Moskvaya qarşı sanksiyaları yumşaltmasını tələb etməsidir”, deyə nəşr yazır.

Adı açıqlanmayan yüksək rütbəli avropalı məmurun sözlərinə görə, Aİ artıq ABŞ administrasiyasına Krımı Rusiya ərazisi kimi tanımayacağı barədə məlumat verib. Qəzetin mənbələrinə görə, Aİ də Ukraynaya yarımada ilə bağlı iddialarından əl çəkməsi üçün təzyiq göstərmək niyyətində deyil.

Nəşr yazır ki, bu məsələdə fikir ayrılığı ABŞ-nin Avropa İttifaqı ilə münasibətlərinə xələl gətirə və transatlantik təhlükəsizliyi təhdid edə bilər. ABŞ münaqişənin həllinə kömək edə bilməsə, Aİ Kiyev və Vaşinqton arasında seçim etməli olacaq. FT mənbələri bildiriblər ki, Aİ-nin Ukrayna ilə bağlı mövqeyi NATO-nun qarşıdan gələn sammitində əsas müzakirə mövzusu olacaq.

ABŞ-ın münaqişənin sülh yolu ilə həlli planında Krımı Rusiyanın mülkiyyəti kimi tanımaqla yanaşı, Rusiyanın Ukraynanın NATO üzvlüyündən imtina etməsi tələbi də yer alır.

Poliqon.info

Chosen
166
39
poliqon.info

10Sources