EN

ABŞ ordusu Yəmənin paytaxtını vurdu: xeyli sayda ölən və yaralananlar var

ABŞ-ın Yəmənin paytaxtı Sənanın mərkəzində yaşayış məntəqəsinə endirdiyi aviazərbələr nəticəsində azı 12 nəfər ölüb.

Editor.az bildirir ki, bu barədə “Əl Məsirə” telekanalı Ənsar Allah hərəkatı hökumətinin Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Daha 30 nəfər yaralanıb. Hücum bazara və Farva bölgəsinə edilib.

Təcili tibbi yardım işçiləri və xilasedicilərin dağıntılar altında olan insanların axtarışını davam etdirirlər. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, ABŞ Sənadan başqa Marib və Amran əyalətlərinə də zərbələr endirib.

Aprelin 18-də ABŞ Yəmənin “Ras İsa” neft limanını vurub. O zaman husilər hücumu “müharibə cinayəti” adlandırıb və “cəzasız qalmayacaqları” barədə xəbərdarlıq ediblər.

//Samir Qurbanov, Editor.az

Chosen
31
46
editor.az

10Sources