EN

Xabi Alonso “Real”a görə “Bavariya”nın təklifini qəbul etməyib

"Bayer" Xabi Alonsonun "Real"a gedişinin qarşısını almaq niyyətində deyil. Leverkuzen klubu ispan mütəxəssisin "Kral klubu"na rəhbərlik etmək istədiyini bilir. Alonso məhz bu səbəbdən bir il əvvəl "Bavariya"nın və baş məşqçisi olmaq təklifini rədd etmişdi.

Bizim.Media xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, 43 yaşlı mütəxəssis "Real"ın "sükanı arxasında" Karlo Ançelottini əvəzləmək üçün əsas namizəddir.

Qeyd edək ki, Alonsonun Almaniya klubu ilə hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
41
16
bizim.media

10Sources