EN

Levandovski zədələndi: “Real”la oyunu buraxacaq?

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski İspaniya çempionatının 32-ci turunun “Selta” ilə matçında (4:3) zədələnib.

Publika.az xəbər verir ki, du barədə AS məlumat yayıb.

Hücumçu oyunun 78-ci dəqiqəsində bud nahiyəsini tutaraq meydanı tərk edib. Mənbənin sözlərinə görə, futbolçunun ilk müayinəsindən sonra Kataloniya soyunub-geyinmə otağında pessimist əhval-ruhiyyə hökm sürür.

Ola bilsin ki, onun bud sümüyü zədələnib. Diaqnoz təsdiqlənərsə, futbolçu ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu o demək olacaq ki, o, “Real”la (26 aprel) Kral Kuboku finalını buraxacaq. Onun Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq “İnter”lə (30 aprel) ilk oyunda iştirakı da şübhə altındadır.

Chosen
148
9
publika.az

10Sources