EN

Bu gün “Sportinfo TV”də “DERBİ ÖZƏL” var - VİDEO ANONS

Bu gün Azərbaycan Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçiriləcək.

“Qarabağ” derbidə “Neftçi”ni qəbul edəcək.

Əziz tamaşaçılar, ekrana yaxın əyləşin! Diqqətiniz “Sportinfo TV”də olsun.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə saat 19:00-da “Derbi Özəl” verilişi ilə qarşınızda olacaq.

Matçdan öncə komandaların son durumu barədə danışacaq, stadion ətrafında yaşanan ab-havanı özəl görüntülərlə diqqətinizə çatdıracaqlar.

Matç bitər-bitməz isə... Bu dəfə oyunu təhlil edəcək şərhçilər sizin yazdığınız mesajları oxuyacaq, suallarınıza cavan verəcəklər.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Chosen
48
3
sportinfo.az

10Sources