Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında “Eyupspor” öz meydanında “Adana Demirspor”u qəbul edib. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb.
“Eyupspor” - “Adana Demirspor” - 6:0
Qollar: Mame Thiam, 10, Emre Akbaba, 21; 50, Umut Bozok, 30, Tayfur Bingöl, 78, Halil Akbunar, 87
Bu qələbə sayəsində xallarının sayını 50-ə çatdıran “Eyupspor” turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Superliqa ilə vidalaşan “Adana Demirspor” isə 19 komanda arasında sonuncudur.